14 May 2021 13:57
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda 2021-2025-ci illəri əhatə edən informasiya və kibertəhlükəsizlik üzrə milli strategiyanın təsdiq edilməsi gözlənilir.

Bu barədə Teleqraf.com-A Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib.

Məlumata görə, qeyd olunan strategiyanın həyata keçirilməsi üzrə tədbirlər planında sahə üzrə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı müddəalar da öz əksini tapıb.

“Strategiya təsdiq edildikdən sonra ictimaiyyətə təqdim olunacaq. Strateji sənəd, ölkədə kibertəhlükəsizlik sahəsində aparılan fəaliyyətin daha da mütəşəkkilləşdirilməsinə və təkmilləşdirilməsinə xidmət edəcək”, - nazirlikdən bildirilib.

Qeyd edək ki, strategiya beynəlxalq təcrübə əsasında hazırlanıb və bu məqsədlə Avropanın və digər ölkələrin təcrübələri tam şəkildə araşdırılıb.

Strategiyada Azərbaycana qarşı edilə biləcək kibertəhdidlər, onların qarşısını almaq üçün tədbirlər, kritik infrastrukturda kibertəhlükəsizlik tədbirlərinin həyata keçirilməsi, kadr hazırlığın təmin edilməsi və digər bir çox məsələ öz əksini tapıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər