Ölkədə 5 ulduzlu otellərə tələbat çoxdur. Bu səbəbdən Azərbaycanda daha çox 5 ulduzlu hotellər inşa edilir.
Teleqraf.com xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin regional turizmin inkişafı sektorunun müdiri Elgün Cavadov deyib.
Onun sözlərinə görə, turizmə investisiyanın cəlb edilməsi ilə bağlı İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilir:
"Bu sənədlərdə regionlarda aşağı ulduzlu otellərin tikintisi nəzərdə tutulur. Yalnız vətəndaşlar tərəfindən 5 ulduzlu otellərə tələbat çox olduğuna görə onların sayı üstünlük təşkil edir”.