18 May 2021 15:35
481
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Apple” texnologiya şirkəti ən böyük bazarlarından olan Çində öz mövcudluğunu gücləndirmək üçün çinli istifadəçilərin məlumatlarını Pekin hökumətilə bölüşdüyü və hökuməti narahat edən bəzi tətbiqləri “AppStore”dan çıxardığı məlum olub.

Teleqraf.com “New York Times” qəzetinə istinadla xəbər verir ki, sərt rəqəmsal qadağaların olduğu ölkədə “Apple” Çin hökumətinin hazırladığı proqram təminatından istifadə edərək yerli vətəndaşların şəxsi məlumatlarını saxlamağa razı olub.

Hesabatda Çin hökumətinin işçilərin kompüterlərini izləyə bildiyinə dair məlumatlar da yer alıb. Həmçinin “Apple”in Çində şifrələmə texnologiyasından istifadə etmədiyi də bildirilir.

2009-2016-cı illərdə “Apple”in tətbiq bazarı “AppStore”u idarə edən Filip Şumaker (Philip Shoemaker) qəzetə açıqlamasında Çindəki şirkətin vəkilləri onların komandasına siyahı verdiyini deyib: “Bu siyahıda ölkədə istifadə edilən tətbiqlərdə görünməsi istənməyən məsələlər var idi. Məsələn, demokratiya hərəkatının Çin ordusu tərəfindən bloklandığı Tyananmen meydanı kimi".

“Apple” mövzu ilə əlaqədar açıqlama verməyib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər