18 May 2021 16:43
401
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 35 914vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10 727, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25 187nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 834 657, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 042 781, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 791 876təşkil edir.


Müəllif: Teleqraf.com