“Cənub bölgəsindən paytaxtın mərkəzinə doğru və ya aeroport istiqaməti, Buzovna, Mərdəkan istiqamətində hərəkət edən sürücülərə tövsiyə edirik ki, Lökbatan dairəsindən III kənar dairəvi yolla Yasamal rayonu ərazisinə keçərək istənilən istiqamət üzrə hərəkət etməyə üstünlük versinlər”.
Teleqraf.com-un xəbərinə görə, bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov "Formula 1" Azərbaycan Qran Prisi ilə əlaqədar sürücülərə müraciət edərkən deyib.