19 İyun 2021 12:12
537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kəlbəcərdə göldə boğularaq ölən Azərbaycan Ordusunun zabiti torpağa tapşırılıb.

Teleqraf.com xəbər verir ki, kapitan İlham Fərzəliyev Göygöl rayon ərazisində yerləşən Kəlbəcər sakinlərinin qəbiristanlığında dəfn olunub.

Mərasimdə şəhidin yaxınları, hərbçi yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

11:14

Kəlbəcərdə göldə batan Azərbaycan Ordusunun hərbi qulluqçusu Fərzəliyev İlham Allahverdi oğlu ilə vida mərasimi keçirilir.

Teleqraf.com-un yerli bürosunun verdiyi məlumata görə, əslən Kəlbəcər rayonundan olan hərbiçimizlə vida mərasimi Gəncə şəhərində ailəsinin yaşadığı ünvanda keçirilir. Vida mərasimində hərbiçimizin yaxınları ilə yanaşı, döyüş yoldaşları, rayon ictimaətinin nümayəndələri iştirak edir.

Mərhum Göygöl rayonunun Murovdağ qəsəbəsində kəlbəcərlilərin dəfn olunduğu qəbristanlıqda torpağa tapşırılacaq. Məlumat üçün bildirək ki, 1981-ci il təvəllüdlü Fərzəliyev İlham Allahverdi oğlunun meyiti Kəlbəcər rayonu ərazisində Böyük Alagöl gölündə tapılıb. Mərhum ailəli idi, bir qız övladı var.


Müəllif: Teleqraf.com