20 İyun 18:38

Havada toz dumanı davam edir.

Milli Hidrometeorologiya Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, bu gün Bakı və Abşeron yarımadasında toz dumanı müşahidə olunur. Avtomatik stansiyalardan saat 16:00-a daxil olan məlumata əsasən Bakı şəhərində havada dispers toz hissəciklərinin konsentrasiyası sanitar normadan 5,1 dəfə yüksək qeydə alınıb.

Peyk görüntülərinə əsasən havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır.
Belə tozlu havanın iki gün ərzində davam edəcəyi gözlənilir.


Müəllif: Teleqraf.com