21 İyun 2021 19:26
297
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azəriqaz” İstehsalat Birliyinə sosial şəbəkə üzərindən daxil olan müraciətlər sırasında şəhid və qazi ailələrinin müraciətləri təmin edilib.

Qurumdan Teleqraf.com-a verilən məlumata görə, 1-ci Qarabağ müharibəsi veteranı, 2-ci qrup Qarabağ əlili Bəxtiyar Nəsibov “Azəriqaz” İB-yə müraciət edərək Şəmkir rayonunun Keçili kəndində yaşadığı fərdi yaşayış evində təbii qazın olmadığını bildirib. Qısa bir müddətdə qazinin müraciəti təmin edilib, fərdi yaşayış evinə diametri 32 mm, uzunluğu 180 metr olan qaz xətti çəkilib.


Müəllif: Teleqraf.com