Azərbaycanda noyabrın 1-dən müşahidə edilən kəskin soyuq hava şəraiti sabahdan başlayaraq mülayimləşəcək, temperatur nisbətən yüksələcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, sabah gündüzdən başlayaraq Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Lakin sabah bəzi şərq rayonlarında yağış ehtimalı var.