27 İyun 2021 12:44
398
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, iyunun 27-si saat 12:00-a ölkə ərazisində hava şəraiti günəşli və isti keçib.

Şərq küləyi Tovuzda 22, Naxçıvanda 18, Biləsuvar, Şabranda 16 m/s-dək güclənib.

İyunun 26-da havanın maksimal temperaturu Bakıda, Abşeron yarımadasında, Aran rayonlarında, Naxçıvan MR-da 42, dağlıq rayonlarda 31 dərəcəyədək yüksəlib.

Ölkə ərazisində müşahidə olunan günəşli və isti hava şəraiti iyunun 29-dək davam edəcək. Cənub-şərq küləyi əsəcək, iyunun 29-u gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

İyunun 30-da havanın temperaturu tədricən 4-5 dərəcə enərək 30-34 dərəcə isti olacaq.


Müəllif: Teleqraf.com