28 İyun 2021 12:24
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

30 ilə yaxın davam edən erməni işğalına güclü Azərbaycan Ordusu 44 gündə son qoydu. Tarixi ərazilərimizdə şanlı üçrəngli bayrağımız dalğalandı. Cənab Ali Baş Komandanan rəhbərliyi ilə xalq-ordu birliyi düşmənə sarsıdıcı zərbə vurdu. 10 illiklər özləri haqqında “məğlubedilməzlik” obrazı yaradan Ermənistan ordusu döyüş meydanından qaçmalı oldu. Xalqımızın əsrlədən, min illiklərdən gələn qəhrəmanlıq, döyüşkənlik ruhu düşməni hərb meydanında darmadağın etdi.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, II Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələndi:

“Şəhidlərimizin qisası döyüş meydanında alındı. Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi. Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etdi. Bu səbəbdən də Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik. Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmayıb. Xalqımız bütün gücünü səfərbər edərək düşmənə sarsıdıcı zərbə vurdu. Bununla da tarixi ədalət, ölkəmizin ərazi bütövlüyünü bərpa edildi”.

Məlahət İbrahimqızı hesab edir ki, döyüş meydanında əldə olunmuş Qələbə ədalətin təntənəsidir:

“Bu tarix Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq. Bu, qürurun, milli ləyaqətin təntənəsi idi. Azərbaycan xalqının bir daha əyilməz ruhunu bütün dünyaya bəyan etdi”.

Millət vəkili əlavə edib ki, 44 günlük Vətən müharibəsindən sonra bölgədə yeni bir reallıq formalaşıb:

“30 ilə yaxın Azərbaycana qarşı təcüvazkar siyasəti yürüdən və bununla da bölgədə reallaşan bütün layihələrdən kənar qalan Ermənistan bundan sonra yaranmış reallığa uyğun davranmalıdır. Çünki Ermənistanın inkişafı üçün yeganə yol öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkməkdən keçir. Artıq Dağlıq Qarabağ adlı ərazi vahidi, münaqişəsi anlayışı yoxdur. Dağlıq Qarabağ münaqişəsi həll olunub. Ermənistan da bunu elə qəbul etməlidir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər