Böyük Britaniya Kraliçası II Yelizavetanın doğum günü ərəfəsində təşkil olunan “Royal Windsor Horse Show” adlı tədbirdə şəhid Xudayar Yusifzadənin ifa etdiyi "Vətən yaxşıdır" mahnısı səsləndirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə "Xarı Bül-bül” adı ilə təqdim olunan xüsusi proqram əməkdar artist Nicat Kazımovun rejissorluğu ilə təqdim olunub.
Qarabağ atlarının belində Dövlət Sərhəd Xidmətinin 14 süvarisi, xoreoqraf, əməkdar artist Nailə Məmmədzadənin rəhbərliyi ilə "Sərhədçi rəqs ansamblı və alov püskürən qrup iştirak ediblər.
Görüntüləri təqdim edirik: