11 İyul 2021 16:56
458
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 156 yeni yoluxma faktı qeydə alınıb, 37 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, son sutka ərzində koronavirusdan ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 337 254 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 330 762 nəfər müalicə olunaraq sağalıb, 4 984 nəfər vəfat edib, aktiv xəstə sayı 1 508 nəfərdir.

Ölkədə son sutka ərzində 10 144, hazırkı dövrədək isə 3 852 280 test aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər