Xaçmaz şəhərində 15 yaşlı qızın toyu olub.
Teleqraf.com xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə məlumat yayıb.
Onun sözlərinə görə, toy məclisi rayonun Qımıl-Qışlaq kəndində baş tutub: "Qızın 16 yaşı noyabrda olacaq. Evləndiyi şəxs isə 29 yaşında Ayaz adlı oğlandır".