28 İyul 2021 16:43
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyul ayının 28-də Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi 38 ünvanında istifadəyə hazırlanan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində 3 saylı "ASAN Kommunal" mərkəzinin açılışı baş tutdu.

Teleqraf.com-un məlumatına görə, tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev , “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov, "Azərsu” ASC-nin sədr müavini və sədr vəzifəsini müvəqqəti icra edən Köçərli Həsənov birgə mərkəzin fəaliyyətə başlamasını bildirən rəmzi düyməni sıxaraq mərkəzi işə saldılar.

Sonra Agentliyin rəhbəri Ülvi Mehdiyev qonaqları mərkəzdə yaradılmış şəraitlə tanış etdi.

Əsasən Nizami, Xətai və Sabunçu rayonlarında qeydiyyatda olan, ümumilikdə 738 900 vətəndaşın əhatəsində yerləşən mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcək. Mərkəzdə göstərilən 110 adda xidmətdən 21-i məhz “Azəriqaz” İB-nin payına düşür ki, bunlara - itirilmiş və ya zədələnmiş smart kartın bərpası, abonent məlumatlarında dəyişikliklərin edilməsi, qüsurlu ödənişin bərpası və s. xidmətlər aiddir. Digər xidmət sahələrində olduğu kimi əməkdaşlarımız bu mərkəzdə də müştəri məmnuniyyətinə nail olaraq vətəndaşlara yüksək xidmət göstərəcəklər.


Müəllif: Teleqraf.com