28 İyul 2021 17:15
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi Azərbaycanın məşhur kino aktrisası, Xalq artisti Leyla Şıxlinskayanı məhkəməyə verib.

Teleqraf.com xəbər verir ki, iddiaya səbəb vergi öhdəlikləri üzrə mübahisələrdir.

İşə Bakı Kommersiya Məhkəməsində baxılır. Hakim Kənan Hüseynovdur.

Xatırladaq ki, L.Şıxlinskaya Azərbaycanda lentə alınmış 10-dan çox filmə çəkilib, “Xalq artisti” adına layiq görülüb.

O, incəsənətlə yanaşı, uzun illər sahibkarlıq fəaliyyəti ilə də məşğul olub, 1999-2018-ci illərdə adına olan özəl klinikaya rəhbərlik edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər