30 İyul 2021 09:32
418
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyəti İsraildə işgüzar səfərdə olub.

Teleqraf.com-un xəbərinə görə, nazir səfərlə eyni vaxtda təşkil olunan Konfrans Liqasının "Aşdod" (İsrail) - "Qarabağ" (Azərbaycan) oyununu izləyib.

Mikayıl Cabbarov Aşdod şəhərinə gedərək matça stadiondan canlı baxıb. Nazirlə yanaşı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov, İctimai Televiziyanın Baş direktoru Balakişi Qasımov da oyunu izləyib.

Onlar “Qarabağ”ı qələbə qazanaraq Konfrans Liqasında üçüncü mərhələyə keçmələri münasibəti ilə təbrik ediblər.

Qeyd edək ki, səfərini başa vuran M.Cabbarov, O.Məmmədov və B.Qasımov “Qarabağ”la eyni təyyarədə Bakıya qayıdıblar.


Müəllif: Teleqraf.com