9 Avqust 2021 10:47
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün səhər saatlarında DTX-nın Hərbi Hospitalında saxlanılan keçmiş baş prokuror və səfir Eldar Həsənov növbəti dəfə huşunu itirərək yıxılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Eldar Həsənovun vəkili Cavad Cavadov məlumat yayıb.

O bildirib ki, yıxılmağı səbəbindən Eldar Həsənovun bədənində təhlükəli olmayan zədələr yaranıb:

“Xoşbəxtlikdən başından hər hansı zədə almayıb. Tibbi yardım göstərilsə də, başgicəllənmələr 15-20 dəqiqə ərzində dayanmayıb və həkimlər bunun həyəcanverici siqnal olduğunu bildiriblər”.

Vəkilin sözlərinə görə, həmin gün saat 11:30-da Eldar Həsənov onunla və müstəntiqlə görüşə əlil arabasında gətirilib: “Özünün bildirdiyinə görə, həkimlər ona bu vəziyyətdə artıq sərbəst (hətta çəliklə belə) hərəkət etməyi israrla qadağan ediblər”.

Cavad Cavadov hazırkı kritik durumu nəzərə alaraq, Baş prokuror Kamran Əliyevə Eldar Həsənovun müalicəsinin ixtisaslaşmış xəstəxanada və həbssiz davam etdirilməsi üçün yeni vəsatət ünvanladıqlarını bildirib.

“Çox ümid edirəm ki, heç olmasa bu müraciətə müsbət yanaşılacaq və mən “Eldar Həsənovu artıq itirdik” statusunu yazmalı olmayacam. Heç bir şişirtmə olmadan bildirirəm ki, hər şey ona doğru gedir”, - deyə vəkil qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər