12 Avqust 2021 17:04
390
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın "Uralskie avialinii" şirkəti Perm şəhərindən Bakıya yeni reyslər işə salır.

Bu barədə Teleqraf.com-a Heydər Əliyev Beynəlxalq Hava limanından bildiriblər.

Qeyd olunur ki, uçuşlar avqustun 19-dan başlayaraq həftədə bir dəfə baş tutacaq.

Təyyarə Permdən yerli vaxtla saat 07:30-da qalxacaq, 10:35-də Bakıda eniş edəcək. Əks istiqamətdə 11:35-də Bakıdan qalxan təyyarə 14:40-da Permə çatacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər