13 Avqust 2021 10:15
332
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

AQTA-dan Teleqraf.com-a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "NEBULA MEDICINE" MMC tərəfindən San-Marinodan ölkəmizə idxal edilən ümumilikdə 5 173 qutu “Nebufer”, “Tablet N30” əmtəə nişanlı bioloji fəallığa malik qida əlavəsinə müfəttişlər baxış keçirib.

Baxış zamanı idxal olunan məhsullardan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Aparılan müayinələr nəticəsində idxal olunan məhsul partiyasında ağır metalın (Civə (Hg)) kütlə payının qüvvədə olan texniki normativ aktların tələblərinə cavab vermədiyi və istehlaka yararsız olduğu aşkarlanıb.

Agentlik tərəfindən məhsulların istehlaka yararsız olması ilə bağlı qərar qəbul edilib və həmin məhsul partiyasının satışına icazə verilməyib. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər