19 Avqust 2021 19:59
305
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti mehmanxana və istirahət tipli obyektlərdə yanğın təhlükəsizliyi qaydaları tələblərinin pozulmasının qarşısını almaq, bu sahədə fəaliyyət göstərən əməkdaşları yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmək məqsədilə Qax rayonu ərazisində yerləşən "Bergs", “Yurd”, "Səngər" və "Uludağ" otellərində növbəti maarifləndirmə tədbirləri keçirib.

FHN-in mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, tədbirlərdə yanğın təhlükəsizliyinin təmin olunmasına obyekt rəhbərlərinin şəxsən məsuliyyət daşıdıqları, bütün əməkdaşların yanğın təhlükəsizliyi qaydalarına ciddi şəkildə riayət etmələrinin zəruriliyi xüsusi vurğulanıb.

Eyni zamanda, binaların, eləcə də binaətrafı ərazilərin təmiz saxlanılmasının vacibliyi diqqətə çatdırılıb, elektrik, havalandırma, isitmə qurğularının istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarına dair tələblər barədə məlumat verilib. Əməkdaşlarla yanğın zamanı zəruri hərəkətlər və insanların təhlükəsizliyinin təmin edilməsi, yanğın texnikasının və rabitə vasitələrinin saxlanılması, su təchizatı ilə əlaqədar müvafiq normativ sənədlərin tələblərinə ciddi əməl olunması barədə ətraflı söhbət aparılıb.

Tədbirdə, həmçinin ilkin yanğınsöndürmə avadanlıq və vasitələrindən istifadə qaydaları izah olunub, suallar cavablandırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər