Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə, beş ildən sonra dünyada yaşlı insanların (yaşı 60-dan yuxarı) sayı uşaqların (5 yaşına çatmamış) sayından çox olacaq.
Teleqraf.com-un xarici KİV-ə istinadən verdiyi məlumat görə, belə demoqrafik dəyişiklik ilk dəfə baş verəcək.
ÜST-nin mütəxəssisləri hesab edirlər ki, hadisələrin bu cür gedişatı ciddi resurs gərginliyi yaradır və qlobal böhrana səbəb ola bilər.
Hazırda dünyada yaşlı insanların sayı 841 milyondur. ÜST-nin proqnozlarına əsasən, 2025-ci ilə onların sayı dünyada 2 milyard olacaq.
Qocaların sayının artmasının bir neçə səbəbi var. Bura insan ömrünün uzanması (xüsusilə inkişaf etmiş sənaye ölkələrində), qan-damar kimi xəstəliklərdən ölənlərin sayının azalması və həyat səviyyəsinin yüksəlməsi aid edilir.