2 Sentyabr 2021 16:30
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov tədris ilinin başlanması ilə əlaqədar yayılan məlumatlarla bağlı media nümayəndələrinə müraciət edib.

Teleqraf.com xəbər verir ki, müraciətdə deyilir:

“Yeni tədris ilinin başlanması ilə bağlı vəziyyət təhlil olunur, bu sahədə aparıcı beynəlxalq qurumların tövsiyələri araşdırılır və buna uyğun olaraq fəaliyyət istiqamətləri müəyyən ediləcək.

Tədrisin bütün pillələr üzrə hansı tarixdə və formada təşkililə bağlı qəbul ediləcək qərarlara dair çox yaxın günlərdə ətraflı məlumat veriləcək”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər