Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları qəsəbə sakini virusun daşıyıcısı kimi qeydiyyatda olan Ramal Feyzullayevi marketə gedən zaman müəyyən ediblər.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Həmin şəxs barəsində dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymadığı üçün Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
Məhkəmə tərəfindən Ramal Feyzullayev haqqında həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.