6 Sentyabr 2021 15:55
1 348
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik.

- Doktor, son günlər valideynlər uşaqlar arasında virusa yoluxma hallarının artmasından şikayət etsələr də, COVID-19 olmadığını bildirirlər...

- Pandemiya dövründə yaşadığımıza görə uşaq və ya böyük, fərqi olmadan resperator virus infeksiyalarına yoluxma halları artıb. Qızdırma, öskürək, boğaz ağrısı, burun tutulması, burun qıcıqlanması kimi şikayətlər varsa, xəstənin ilk işi PCR analizi verməkdir. Testin cavabı neqativ çıxdığı zaman şikayətlər davam edirsə, bu halda xəstə qan analizi verməlidir.

Viruslar, mikroorqanizmlər çoxdur. Mütəxəssis kliniki əlamətlərə görə təxmini qiymətləndirə bilər, lakin dəqiq diaqnoz üçün analiz verilməsi vacibdir.

- Hazırda COVID-19-dan ölüm halları artıb. Sizcə, bu bizi qorxutmalıdırmı?

- Viruslar mutasiyaya uğradıqca, öldürücülük qabiliyyəti azalır. Yoluxuculuq arta bilər, amma ölümcüllük azalır. Dəqiq araşdırma aparsaq görəcəyik ki, koronavirusun ilkin dövrünə nisbətən hazırda yoluxma sayı artsa da, nisbət etibarı ilə ölüm sayı azdır. Bu gün yüksək ölüm rəqəmləri görürüksə, bu, yoluxma sayının çox olması hesabınadır. Düşünürəm ki, yaxın vaxtlarda təhlükə tamamilə sovuşacaq.

- Qapalı məkanlara daxil olmaq üçün COVID pasportu məhdudiyyəti var. Virusa yoluxmayan insanlardan vaksin sertifikatı tələb olunur. Sizcə, bu, virusla mübarizədə effektli ola bilərmi?

- 21-ci əsrdə yaşayırıq, qadağa qoymaqla iş həll olunmayacaq. Bu, yanlış addımdır. Vaksin mütləq şəkildə könüllü olmaldır. Təbliğat-təşviqat işləri düzgün aparılmalıdır. Təəssüfl ki, bizdə təbliğat işləri doğru təşkil olunmadı.

Əvvəllər geniş yayılmış, insanların ölümünə səbəb olan xəstəliklər vaksin yolu ilə aradan qaldırılıb. Qızılca, su çiçəyi kimi infeksion xəstəliklər ciddi fəsadlarla nəticələnib. 1990-cı illərdə difteriya xəstəliyi yayılmışdı. Xeyli insan bu xəstəlik səbəbilə dünyasını dəyişdi, yanlız peyvəndləmə ilə xəstəliyə qalib gəlmək mümkün oldu. Bununla bağlı qısa metrajlı filimlər çəkilməli, xalqın inandığı məşhur simaların müraciətləri olmalıdır.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər