7 Sentyabr 2021 14:32
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günədək 169 869 təhsil işçisi birinci doza, 154 654 təhsil işçisi isə ikinci doza vaksin olunub.

Teleqraf. com xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirillən brifinqdə bildirib.

O deyib ki, son həftələrdə vaksinasiyanın sürətləndirilməsi vəziyyətin daha da yaxşılamasına gətirib çıxaracaq.

Nazir qeyd edib ki, dərslərin 2 həftə gec başlamasının əsas səbəbi hazırkı epidemioloji göstəricilərdir: "Hazırkı yoluxmaların 5 faizini şagirdlər, 5 faizini isə müəllimlər təşkil edir. Dərslərə dərhal başlamamağımızın əsas səbəbi məhz budur, əks halda məktəblər distant təhsil rejiminə keçid etməli olurlar".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər