Yaxın günlərdə əks göstəriş sertifikatı alanların 1 aylıq statistikası açıqlanacaq.
Bu barədə Teleqraf.com-un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.
Qeyd edək ki, avqustun 9-dan etibarən Azərbaycanda istifadəsinə icazə verilən COVID-19 əleyhinə vaksinlərə qarşı əks göstərişləri olan şəxslərə Əks göstəriş sertifikatının verilməsinə başlanılıb.
Sentyabrın 1-dək olan məlumata görə, ümumilikdə 313 nəfərin müraciətinə müsbət cavab verilib.
Sosial şəbəkələrdə isə ayrı-ayrı vətəndaşlar Əks göstəriş sertifikatlarının verilməsində ciddi problemlər olduğunu bildirirlər.