Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib.
Teleqraf.com-un məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, II ixtisas qrupunda “Beynəlxalq münasibətlər” və "Regionşünaslıq" (regionlar üzrə) ixtisasları ləğv edilərək III ixtisas qrupuna keçirilib.