11 Sentyabr 2021 12:24
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Gorus-Qafan yolu üzərində polis postu qurması sosial şəbəkələrin erməni seqmentində müzakirə mövzusuna çevrilib.

Teleqraf.com xəbər verir ki, Sünik vilayətinin (Zəngəzur) qubernatoru Melikest Poqosyan bu barədə sosial şəbəkələrdə yayılan məlumatları təsdiqləyib.

Onun sözlərinə görə, Azərbaycanın polis postu Vorotan kəndi (Şahverdilər) istiqamətində qurulub.

Poqosyan postun bir müddətdir fəaliyyət göstərdiyini bildirib. O, postun Gorusdan Qafana gedən yolun üstündə yerləşdiyini diqqətə çatdırıb: “Mən də orada nəsə hiss etdim, gedib baxdım, gördüm ki, bu, onların postudur”.

Qeyd edək ki, Azərbaycanın Gorus-Qafan yolu üzərində polis postu qurması xəbəri dünən yayılıb. Ermənilər Azərbaycan ərazisindən keçən bu yoldan ölkə daxilində gediş-gəliş üçün müvəqqəti olaraq istifadə edirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər