22 Sentyabr 2021 13:50
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusa yoluxan tanınmış jurnalist Elnur Əşrəfoğlunun son durumu açıqlanıb.

Yeni klinikadan Teleqraf.com-a bildirilib ki, jurnalistin vəziyyəti ağır-stabil olaraq qalır.

"Fasiləsiz böyrək əvəzedici terapiya olunur və ECMO ilə orqanizm dəstəklənir", - xəstəxanadan bildirilib.

Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb.


Müəllif: Teleqraf.com