Ötən gün 11 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.
Bu barədə Teleqraf.com-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Məlumata görə, 2021-ci il sentyabrın 21-də ölkə üzrə 400 ictimai iaşə obyektində 678 monitorinq keçirilib. Monitorinqlər zamanı aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev pr., ev 119 ünvanında yerləşən, fiziki şəxs Babayev Eldar Tağı oğluna məxsus çay evi;
2. Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev pr., ev 119 ünvanında yerləşən, fiziki şəxs Məmmədzadə Nazim Qaçay oğluna məxsus kafe;
3. Bakı şəhəri, Xətai rayonu, S. Vəzirov küç., ev 22 ünvanında yerləşən, fiziki şəxs Əkbərov Nicat Nazir oğluna məxsus “Adana Lahmacun” restoranı;
4. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 116m ünvanında yerləşən, fiziki şəxs İsmayılov Vüqar Əhməd oğluna məxsus “Ocak Başı” restoranı;
5. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəs., Sumqayıt şosesində yerləşən, fiziki şəxs Şükürov Bəhmən Asif oğluna məxsus “Ovqat” restoranı;
6. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəs., Əli Kərim küç., ev 9 ünvanında yerləşən, fiziki şəxs Adıgözəlov Anar Həsən oğluna məxsus kafe;
7. Bakı şəhəri, Yasamal rayonu, B. Bağırova küç., ev 15 ünvanında yerləşən, fiziki şəxs Mahmudov Samir Zakir oğluna məxsus kafe;
8. Bakı şəhəri, Yasamal rayonu, M. İ. Hinduşah Naxçıvani küç., ev 25A ünvanında yerləşən, fiziki şəxs Orucov Vüqar Tofiq oğluna məxsus kafe;
9. Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küç., ev 5, m. 16 ünvanında yerləşən, hüquqi şəxs “Cofferica" MMC-yə məxsus anbar;
10. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, ev 260 ünvanında yerləşən, fiziki şəxs Abbasov Vüqar İbrahim oğluna məxsus kafe;
11. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəs., H. Eyvazov küçəsində yerləşən, hüquqi şəxs “Fryday” MMC-yə məxsus “Fryday” kafesi.