22 Sentyabr 2021 18:51
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

2021-сi ilin əvvəlinə olan statistikaya görə, Bakıda 2 milyon 300,5 min nəfər əhali rəsmi qaydada yaşayır.

Teleqraf.com Bakı Statistika İdarəsinə istinadla xəbər verir ki, əhalinin sıxlığı - 1 km2 1075 nəfər (2021-сi ilin əvvəlinə) təşkil edir.

2020-ci ilin əvvəlinə isə əhalinin sayı 2 milyon 293,1 min nəfər olub.

Qeyd edək ki, Bakıda rayonların sayı 12, qəsəbələrin sayı isə 59-dur.


Müəllif: Teleqraf.com