23 Sentyabr 2021 15:33
422
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bülbülün Şuşadakı ev muzeyinə yeni direktor təyin olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, vəzifəyə telejurnalist Fəxrəddin Hacıbəyli gətirilib.

Qeyd edək ki, işğal dövründə erməni vandalizminə məruz qalan ev muzeyinin bu ilin avqustun 29-da bərpa işlərindən sonra açılışı olub. Açılış mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.


Müəllif: Teleqraf.com