Təhsil müəssisələrində şəhidlərimizin xatirəsi yad ediləcək.
Teleqraf.com xəbər verir ki, bunu Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov deyib.
O bildirib ki, sentyabrın 27-də saat 12:00-da təhsil müəssisələrində Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.