"Yeni Klinika" həbsdə olan sabiq deputat Rafael Cəbrayılovun vəfatı ilə bağlı açıqlama yayıb.
"Yeni Klinika"dan Teleqraf.com-a verilən məlumata görə, R.Cəbrayılov 60 saturasiya ilə xəsəxanaya daxil olub:
"Həkimlərin ciddi səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb".
Qeyd edək ki, Rafael Cəbrayılov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunaraq həbs olunmuşdu. Onun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılırdı.