30 Sentyabr 2021 12:22
268
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakcell şirkəti və “ASAN Könüllüləri” Təşkilatı yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq Gəncədə yaşayan aztəminatlı və qazi ailələrinin uşaqlarına hədiyyələr təqdim edib. Aksiyanın məqsədi həssas qruplara aid olan uşaqlara sevinc bəxş etmək, cəmiyyətdə sosial məsuliyyət və qayğı hissini daha da artırmaqdır.

“ASAN Məktub” sosial proqramı çərçivəsində həyata keçirilən bu təşəbbüs nəticəsində www.asanmektub.az saytına məktub göndərən 24 nəfər uşağa Bakcell tərəfindən məktəb ləvazimatları hədiyyə olunub.

Uzunmüddətli tərəfdaşlıq sayəsində Bakcell və “ASAN Məktub” bir çox bayramlarda uşaqları sevindirən çoxsaylı layihələr həyata keçirib.

Qeyd edək ki, Bakcell şirkəti “ASAN Məktub” proqramına həmçinin mobil rabitə dəstəyi göstərir.

Bakcell xüsusi qayğıya ehtiyacı olan və həssas qruplara aid uşaqlara dəstək göstərilməsi, onlar üçün bərabər hüquqların və inklüziv təhsil imkanlarının təmin edilməsinə yönəlmiş bir çox layihələrdə fəal iştirak edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər