2 Noyabr 2021 15:53
430
12 Punto 14 Punto 16 Punto 18 Punto

8 Noyabr - Zəfər Günü münasibətilə elan edilməsi nəzərdə tutulan amnistiya aktının kimlərə şamil ediləcəyi məlub olub.

Teleqraf.com-un məlumatına görə, təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad ediləcəklər:

- Vətən müharibəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, habelə bu müharibədə və döyüş əməliyyatlarında həlak olmuş və xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları;

- Vətən müharibəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüşlərdə iştirakla əlaqədar, habelə digər xüsusi xidmətlərə görə orden və medallarla təltif olunmuş şəxslər;

- bu qərar qüvvəyə mindiyi günədək, o cümlədən Vətən müharibəsi dövründə mülki əhaliyə qarşı Ermənistan hərbi təxribatları nəticəsində əlil olmuş şəxslərin və ya həlak olmuş şəxslərin yaxın qohumları;

Qeyd edək ki, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin qərar layihəsinin parlamentin növbəti plenar iclasda müzakirəyə çıxarılması nəzərdə tutulur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər