Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 876 yeni yoluxma faktı qeydə alınıb, 2 248 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 552 322 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 513 648 nəfər müalicə olunaraq sağalıb, 7 342 nəfər vəfat edib, aktiv xəstə sayı 31 332 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 615, ötən müddət ərzində isə ümumilikdə 5 309 867 test aparılıb.