12 Noyabr 2021 21:27
361
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmirdə karantin rejimi qaydalarını pozan toy sahibləri cərimələnib.

Teleqraf.com xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.

Tədbirlər nəticəsində rayonun Qaraqocalı kənd sakini Cəbrayılov Famil Cəbrayıl oğlu və Atakişili kənd sakini Cəbrayılov Niyazi Ağabala oğlunun fərdi yaşayış evinin həyətində təyin olunmuş qaydaları pozaraq normadan artıq sayda qonağın iştirakı ilə toy məclisi keçirdiyi müəyyən edilib.

Müəyyən olunan qayda pozuntusu ilə bağlı hər iki ev sahibləri ilə profilaktiki söhbətlər aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən 400 manat miqdarında cərimə tətbiq olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər