25 Noyabr 2021 09:53
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müharibə qalıqları - mina, döyüş silah-sursatları işğalçıların mənfur niyyətini əks etdirir. İşğaldan azad olunan bütün ərazilərdə “gözəgörünməz ölüm” təhlükəsinin təmizlənməsi işi sürətlə davam edir. Ərazilər təmizləndikcə istifadəyə təqdim olunur. İndi həssas dövrdür, hər kəs bu yerləri görmək arzusundadır. Bu, anlaşılandır.

Bunu Teleqraf.com-a açıqlamasında DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev işğaldan azad olunmuş ərazilərdə mina təhlükəsi ilə bağlı danışarkən deyib.

O bildirib ki, vətəndaşların işğaldan azad olunmuş ərazilərə kütləvi axının təmin olunması orada gedən işlərə mane ola bilər:

“Nəzərə alsaq ki, əraziyə daxil olan bir şəxsin minadan təmizlənən ərazidən kənara çıxması təhlükə riskini artırır, bu risklər faciə ilə nəticələnə bilər. Ona görə, əsas diqqət bu gün ona yönəlib ki, maariflənmə işi ilə yanaşı, həmin rayonlara yaşamağa qayıdacaq vətəndaşlar üçün tam təhlükəsiz mühit yaradılsın. Əgər işlərin miqyasına baxsaq, bütün dövlət qurumları istiqamətlər üzrə fəaliyyətə cəlb edilib”.


Müəllif: Aysel Azad