Teleqraf.com wikipediya.org elektron nəşrinə istinadən bu gün tarixdə baş verən önəmli hadisələrin qısa xronikasını diqqətinizə təqdim edir.
Miladi: 16 noyabr 2014
Hicri: 22 Məhərrəm 1436
İlin 320-ci günü
İlin sonuna 45 gün qalır
Bu günün namaz vaxtları:
Fəcr - 06.13
Günəş - 07.26
Zöhr - 12.29
Əsr - 15.27
Məğrib – 17.39
İşa – 18.58
1808 — Osmanlı hökmdarı IV Mustava vəfat edib.
1869 — Süveyş kanalı formal olaraq açılmışdır.
1918 — Macarıstan müstəqilliyini elan etmişdir.
1918 — Azərbaycan Demokratik Respublikasının xarici işlər naziri Əlimərdan bəy Topçubaşov İstanbulda İran səfiri Mirzə Mahmud xanla görüşmüşdür.
1920 — Stalin Leninə teleqramında “Bakını fəal müdafiə yolu ilə təsadüflərdən qorumaq üçün ən azı 5 diviziya lazımdır... əks halda düşmən ilk hücumdaca Yelizavetpolu tutaraq 18-ci ildəkinə bənzər Azərbaycan burjua hökuməti yaratmaq imkanı əldə edəcək” - deyə xəbərdarlıq etmişdir.
1921 — Azərbaycan SSR MİK Rəyasət Heyəti “Zaqafqaziya respublikalarının vahid federativ ittifaqda birləşdirilməsi prinsip etibarilə təxirəsalınmaz zərurət sayılması barədə” qərar verib.
1933 — Amerika Birləşmiş Ştatları ilə SSRİ diplomatik əaqələr qurmuşdur.
1938 — Azərbaycanlı aktyor Abbas Mirzə Şərifzadə vəfat edib.
1945 — Amerisium (atom nömrəsi 95) və kürium (96) kimyəvi elementlərinin alınması rəsmən elan edilib.
1945 — YUNESKO təsis edilmişdir.
1988 — Estoniya SSR Ali Soveti ölkənin suverenliyi haqda qərar qəbul etmişdir
1994 — Azərbaycan Respublikası ilə Əfqanıstan arasınfa diplomatik əlaqələr qurulmuşdur.
2000 — Kürd əsilli Türkiyə musiqiçisi Əhməd Qaya Fransada vəfat edib.