Bəzi təhsil müəssisələrinə istilik verilməsində problemlər var.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, hazırda 60 faizə qədər məktəb mərkəzləşdirilmiş istilik sistemi ilə təmin olunub:
"Region məktəbləri alternativ odun və yanacaqla qızdırılır. Bakıda məktəbindərin əksəriyyətində bu problem aradan qaldırılıb. Əgər Bakıda istilik problemi olan 67 məktəb var idisə, hazırda bu say 20-yə qədər endirilib. Təbii ki, hər məktəbdə problem ola bilər və səbəblər müxtəlifdir. 4400 məktəbimiz varsa, bir neçəsində problem olması labüddür".