“Təhsil vasitəsilə insanlar üçün yüksək imkanlar” təşkilatının baş icraçı direktoru Xavier Gonzalez Nunez Bakıda keçirilən "Mədəniyyət naminə sülh" Tərəfdaşlar Forumunda “Sülhsevər cəmiyyətləri və beynəlxalq sülh sistemini dayanıqlı şəkildə necə gücləndirə bilərik?” mövzusunda çıxış edib.
Teleqraf.com-un məlumatına görə, o, çıxışında qeyd edib ki, bizim üçün sülhsevər cəmiyyətdə yaşamaq çox önəmlidir:
"Odur ki, dayanıqlı sülhü təmin etməyin yollarına aydınlıq gətirməliyik. Beynəlxalq və daxili perspektivdə buna baxmalıyıq. Bu gün burada sülhlə bağlı təşkil olunmuş müzakirələr çox vaxtında təşkil olunub.
Dünya artıq çox mürəkkəb yerə çevrilib. İkiqütblü dünyaya yenidən qərqolma təhlükəsi ilə üz-üzəyik. Tarixdən nəticə çıxarmadığımız üçün bu problem olaraq qalmaqdadır".