9 Dekabr 2021 11:05
474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün STEAM Azərbaycan Festivalına start verilib.

Teleqraf.com xəbər verir ki, Təhsil Nazirliyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə keçirilən festivalın açılış mərasimində təhsil naziri Emin Əmrullayev, millət vəkilləri, ictimaiyyət nümayəndələri, Türkiyə və İsraildən olan qonaqlar iştirak edir.

Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev bildirib ki, "STEAM Azərbaycan" 100 mindən çox şagirdi əhatə edir: "15 bölgədə "STEAM" mərkəzi açılacaq. Hazırda Quba, Gəncə, Salyan, Ağdaş rayonlarında STEAM mərkəzləri fəaliyyət göstərir. Növbəti tədris ilindən başlayaraq innovativ məltəblər layihəsinə başlayacağıq. İnanıram ki, layihə Azərbaycan gəncliyini ən yaxşı şəkildə hazırlayacaq.

Layihə ilk başlayan müddətdən Mehriban Əliyevanın xüsusi diqqəti və göstərdiyi dəstək nəticəsində həyata keçirilib. Bu gün burada olan gənclərin qurduqları stendlərin böyük qismi işğaldan azad olunmuş ərazilərdəki quruculuq işləri ilə bağlıdır".

Festival çərçivəsində "STEAM Open (Makerthon)", "Hackaton", "Micro:bit", "Lego Sumo senior", "Lego Sumo junior", "Line folower", "3D Cad", "Short movie", "Edu dron", "Humanoid robot" üzrə kateqoriyaları istiqamətində yarışlar keçirililəcək.

Əlavə olaraq iştirakçılar Kvest texnologiyaları modulu üzrə “Escape Room”la tanış olub, oyunun aktiv iştirakçısına çevrilə bilmək imkanı qazanacaqlar. Festivala regionlardan 91 komandadan 374 iştirakçı, paytaxt üzrə 198 komandadan 518 iştirakçı olmaqla, ümumilikdə 289 komandadan 892 iştirakçı qatılıb.

Qeyd edək ki, STEAM layihəsi çərçivəsində istedadlı şagirdlərin üzə çıxarılması məqsədilə mütəmadi olaraq yarış və müsabiqələr keçirilir. STEAM Azərbaycan festivalının təşkili də həmin fəaliyyətlər sırasındadır.

Layihəsinin əsas məqsədi təhsilalanlarda tənqidi, yaradıcı düşüncə, əməkdaşlıq etmə və sair kimi XXI əsr bacarıqları formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaq, fənləri ayrılıqda öyrətmək deyil, onları real dünyadakı tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirmək, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltməkdir.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər