10 Dekabr 2021 18:28
379
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Media haqqında" yeni qanunun əsas üstünlüyü onun bu sahənin yenidən qurulmasına xidmət edəcəyidir. Bu qanun yeniliklərlə zəngin olan qanunvericilik layihəsidir.

Bunu Teleqraf.com-a açıqlamasında media eksperti Müşfiq Ələsgərli deyib.

O qanundakı yeniliklər nədən ibarət olduğundan söz açıb:

“Qanunda onlayn medianın statusu, hüququ və vəzifələri tanınır. 20 ildir ki, Azərbaycanda onlayn media mövcuddur, amma onun statusu, strukturu barədə təsəvvür yox idi. İlk dəfədir ki, qanunda onun hüquqi təsnifatı yer alır. Digər mühüm üstünlüyü isə qanunların hamısının vahid sənəddə birləşməsidir. Azərbaycanda təqribən 8 müxtəlif qanun var ki, Kütləvi İnfromasiya Vasitələrinin (KİV) fəaliyyətini tənzimləyir. Hazırda bu qanunların hamısı vahid sənəd formasında birləşir, anlaşmazlıqlar aradan qaldırılır”.

Müşfiq Ələsgərli bildirib ki, yeni qanun sərbəst çalışan jurnalistlərin hüquqlarını da özündə əks etdirir: “Bu günə qədər Azərbaycanda sərbəst çalışan jurnalistlərin hüquqları hüquqi müstəvidə tanınmayıb. İndi bu sənəd onlar imkan verəcək ki, fəaliyyətlərini rəsmiləşdirib, statusları tanınmış olsun. Bunun kimi çoxsaylı yeniliklər var ki, indiyədək qanunda mövcud olmayıb.

Ümumilikdə qanun Azərbaycan media məkanının nizama salınması, vahid reysterin tətbiq olunması, KİV-lərin, jurnalistlərin sayı, onların təsnifatı barədə çox geniş anlayışlar verir. Qanunun üstün cəhətləri çoxdur. Bu günkü müzakirədə də lazımı təkliflər nəzərə alındı. Media ictimaiyyətini maraqlandıran əlavə və dəyişikliklərin edilməsi ilə mükəmməl qanunun şahidi ola biləcəyik”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər