Tabaterra” Qapalı Səhmdar Cəmiyyəti korporativ sosial məsuliyyət strategiyasının tərkib hissəsi olaraq “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirib.
Teleqraf.com xəbər verir ki, Xocəsən qəsəbəsində həyata keçirilən aksiya çərçivəsində 13 hektar ərazidə 10 000-ə qədər ağac əkilib.
Tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Tabaterra” Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Aksiyada ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və nazirliyin digər rəhbər şəxsləri iştirak ediblər.