14 Dekabr 2021 12:42
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Medianın İnkişafı Agentliyi elan etdiyi fərdi jurnalist müsabiqəsinin nəticələrini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə MEDİA məlumat yayıb.

Teleqraf.com-un əməkdaşı Yeganə Quliyeva “Ən yaxşı müsahibə” nominasiyası üzrə qalib gəlib.

Teleqraf Media Qrupuna daxil olan Publika.az və Axar.az saytlarının əməkdaşları da qaliblər siyahısındadır.

Məlumat üçün bildirək ki, MEDİA noyabrın 23-də jurnalistlər üçün müsabiqə elan etmişdi. Müsabiqə aşağıdakı istiqamətlər üzrə keçirilib:

- ən yaxşı reportaj;

- ən yaxşı ictimai-siyasi təhlil;

- ən yaxşı sosial-iqtisadi təhlil;

- ən yaxşı müsahibə;

- ən yaxşı mədəniyyət materialı;

- ən yaxşı idman reportajı və ya təhlili;

- ən yaxşı bədii publisistika;

- ən yaxşı köşə yazısı;

- ən yaxşı jurnalist araşdırması;

- ən yaxşı oçerk.

Audiovizual media subyektində işləyənlər aşağıdakı istiqamətlər üzrə materiallar təqdim ediblər:

-ən yaxşı ictimai-siyasi reportaj;

-ən yaxşı iqtisadi reportaj;

-ən yaxşı sosial reportaj;

-ən yaxşı mədəniyyət reportajı;

-ən yaxşı idman reportajı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər