18 Dekabr 2021 08:45
462
12 Punto 14 Punto 16 Punto 18 Punto

" Azərbaycan, Pakistan kimi ölkələrlə milli qırıcıların birgə istehsalı təklifləri irəli sürürük”.

Teleqraf.com xəbər verir ki, Türkiyənin Prezident Administrasiyasının Müdafiə Sənayesi Baş İdarəsinin direktoru İsmayıl Dəmir “CNN-Türk”ə müsahibəsində bildirib.

İsmayıl Dəmir əlavə edib ki, Türkiyə aviasiya və müdafiə sənayesi sahəsində təcrübəsi, bilik və bacarıqları olan ölkələrdən faydalanmaq təşəbbüsünü dəstəkləyir: “Təbii ki, hər ölkənin özünəməxsus bacarıq və qabiliyyətləri var. Müsbət cavablar aldığımız ölkələrlə bu addımları daha da inkişaf etdirməyə davam edəcəyik və bu addımların müsbət nəticələr verəcəyinə inanırıq”.

Qeyd edək ki, Türkiyənin TUSAŞ şirkəti (Aviasiya və Kosmos Sənayesi A.Ş.) beşinci nəsil, uzaq məsafədən vurma qabiliyyəti olan, tam elektron və modern radar sistemləri ilə təchiz edilən milli döyüş təyyarəsinin (MMU) istehsalı üçün Britaniyanın “BAE Systems” şirkəti ilə 2017-ci ildə müqavilə imzalayıb.

MMU-nun ilk uçuşunun 2025-ci ildə həyata keçirilməsi planlaşdırılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər