25 Dekabr 2021 23:59
1 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

Peşəkar idmançılar, idmana yeni başlayan insanlar əzələ toplamaq üçün həkim məsləhəti olmadan protein tozları, qida əlavələrindən istifadəyə başlayırlar.

Teleqraf.com xəbər verir ki, həkim nəzarəti olmadan bu əlavələrdən qəbul etmək qaraciyər, böyrək, ürək çatışmazlığına və hətta ani ölümə səbəb ola bilər.

Mütəxəsislər bildirirlər ki, sağlam həyat üçün pəhriz və idman etmək kifayətdir. Bunları tətbiq etdikdən sonra əlavələrdən istifadəyə ehtiyac qalmır.

Peşəkar idmançılar, gənclər əlavə zülal preparatları qəbul etmək istəyirlərsə, mütləq həkimə müraciət etməlidirlər. Hər kəsin bədən quruluşu və ehtiyacları fərqli olduğuna görə artıq protein orqanizmdə keton və ammonyak kimi zəhərli maddələrə çevrilərək qaraciyər, böyrək, ürək çatışmazlığına, hətta ölümə səbəb ola bilər.

Əzələ nisbətini artırmaq üçün istifadə edilən protein tozları və qida əlavələri çox təhlükəlidir. İstifadəsi mütləq zəruri olduğu halda, mütəxəssis həkim nəzarəti olmadan qəbul edilməməlidir.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər