Regionlardakı mədəniyyət müəssisələrimizin fəaliyyəti əksər hallarda qənaətbəxş deyil.
Teleqraf.com-un məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, əksər hallarda bu müəssisələr təyinat üzrə istifadə edilmir, sui-istifadə və qeyri-şəffaflıq halları olur.
"Burada evlərin, müəssisələrin maddi texniki bazalarının zəif olması, çalışanların peşəkarlığının aşağı olması faktı var. Nəzarət sisteminində olan boşluqlar onu göstərir ki, bu istiqamətdə fəaliyyətimizi gücləndirməliyik.
Yoxlamalar başlayıb. Ümumilikdə 43 minə yaxın müəssisəmiz var. Bunların hamısının yoxlanılması zaman tələb edən məsələdir. İdarəetməni, hesabatlılıq sistemini gücləndirməklə nəzarəti gücləndirmək istəyirik. Bu istiqamətdə islahatlar davam etdirilcək".